“Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləyib, beynəlxalq hüququn aliliyinə inam azalıb. Müharibələr, geosiyasi münaqişələr, bütün bunlarla eyni zamanda baş verən enerji böhranı beynəlxalq münasibətlər sisteminin tənəzzülünün nəticələridir”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin XXVI Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda yer alıb.
MÖVZU İLƏ BAĞLI:
“Türkiyə bu çətinliklərin də öhdəsindən mətinliklə gələcək” – İlham Əliyev
“Bu yeni qlobal konfiqurasiya daxilində mümkün nizamın qorunmasında, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişaf mühitinin təmin olunmasında Türkiyə kimi nüfuzlu və öz mövqeyində qətiyyətli dövlətin rolu müstəsna əhəmiyyət daşıyır”, - deyə məktubda vurğulanır.
Bizim.Media