BDU-nun rektoru nəyi unudub? – 2 vacib MƏQAM

Hazırda oxunan: BDU-nun rektoru nəyi unudub? – 2 vacib MƏQAM

125425

Ötən gün BDU-nun rektoru Elçin Babayevin səsləndirdiyi “Reytinqlərdə geri qalmağımız zəifliyimiz deyil, digər universitetlərin sürətlə inkişaf etmələridir” fikri sosial şəbəkələri və elmi cameəni ciddi məşğul edib. Əksəriyyət rektorun fikirlərinə qarşı çıxıb.

Məsələ ilə bağlı Bizim.Media da müəyyən araşdırmalar aparıb. Bəlli olub ki, universitetlərin dünya reytinqlərini müəyyən edən əsaslar var.

Birincisi, yüksək reytinq qazanmaq istəyən Universitet təkcə elmi tədris etməli deyil, həm də elmi araşdırma ilə məşğul olmalıdır. Ən əsası da bu araşdırma mövzuları sivilizasiyanı narahat edən problem olmalıdır.

İkincisi, Universitetin məzunlarına dünya bazarında ehtiyac olmalıdır.

Çox təəssüf ki, bu prinsipin hər ikisi Azərbaycanda ciddi şəkildə pozulur. Universitetlərimiz daha çox tələbə qəbul etmək üçün sosializm yarışına çıxıb. Hər il yeni ixtisaslar açan, pullu sektorun sayını çoxaldan universitetlərimiz sırf kommersiya təşkilatı kimi fəaliyyət göstərir.
Ona görə də bizim universitetlərimiz elm öyrədən yox, daha çox diplom verən qurum kimi fəaliyyət göstərir.

Dünya reytinqində yer qazanmaq üçün Universitet əməkdaşlarının elmi məqalələri təkcə Beynəlxalq elmi nəşrlərdə dərc edilməməlidir. Həm də ona istinadlar olmalıdır. 

Bəs, görəsən Bakı Dövlər Universitetinin alimlərinin neçəsinin yazdığı elmi məqalələrə 2022-ci ildə dünya alimləri istinad edib? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Vüsal Kərimlinin fikirlərini öyrəndik:

“Bizdə elmi araşdırma demək olar ki, yoxdur. Univeristetlərin reytiniqini müəyyənləşdirən əsas amillərdən biri elmi araşdırmalardır. Və bu elmi araşdırmalarla bağlı yazılan elmi məqalələrdir. Gərəkdir ki, bizim alimlərin yazdığı elmi məqalələrə beynəlxalq aləmdə istinadlar olsun.

Bax, bu yoxdur. Məsələn 2022 -cü il üçün Azərbaycan Milli Elmlər Akamdemiyası ölkə üzrə 24 İnstitutundan cəmi 3-ü beynəlxalq aləmdə müxtəlif yerləri tuta biliblər.  Bəs, digər 21 institut nəylə məşğul olub? Reytinq qazanmaq üçün ortaya elmi nailliyət qoymalıyıq. Hər yazılan məqaləyə elmi məqalə deməkdən qurtulmalıyıq”.
Ekspert acınacaqlı mənzərə ilə daha yaxından tanış olmaq üçün Ali Attestasiya Komissiyasının veb-səhifəsinə baxmağı tövsiyyə etdi:

“Elmi dərəcə almaq üçün seçilən mövzular çox lokaldır. Bizdən başqa o mövzular heç kimə lazım deyil. Bəlkə də heç bizim özümüzə də lazım deyil. İngilis, fransız, lap elə çinli üçün bizim hansısa ədibimiz haqqında yazılan məqalə maraqlı deyil. Disertasiya mövzuları dünyanın çağdaş tələbələrinə cavab verməlidir. Məsələn, 6-cı sinifdə Kimya fənninin tədrisi metodikası heç kimə lazım deyil. Amma belə “elmi işlərə” görə elmi ad alanlarımız çoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin