Azərbaycan nefti UCUZLAŞDI

Hazırda oxunan: Azərbaycan nefti UCUZLAŞDI

125393

Dünya bazarında neft qiymətləri 1% aşağı düşüb. 

Bizim.Media birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,05 % ucuzlaşaraq 1 bareli 79,92 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 1,11 % düşüb və 1 bareli 73,97 ABŞ dolları təşkil edib. 

Qlobal treyderlər ABŞ-ın bank sektorundakı problemlər fonunda risk etməməyə üstünlük verirlər.

Son günlərdə Avropanın birja indeksləri 3%, Asiyanın birja indeksləri təxminən 2% düşüb, neft və mis ucuzlaşıb, qızıl və bitkoin isə əksinə, bahalaşıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin