Nazirlər qaçış ZOLAĞINDA 

Hazırda oxunan: Nazirlər qaçış ZOLAĞINDA 

125388

Martın 14-də Bakının Sabunçu rayonunda yerləşən Böyük Şor gölünün sahilində quraşdırılan qaçış zolağının açılışı olub.

Bizim.Media xəbər verir ki, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etmələri, yüngül atletika ilə məşğul olmaları üçün nəzərdə tutulan cığır iki zolaqdan ibarətdir.
 

Uzunluğu 725, eni isə 2,4 metr olan qaçış zolağı xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Holcim” ASC-nin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin