Yanğınsöndürmə briqadasının ilkin hesabatında deyilir ki, Təbrizdə yaşayış evindəki partlayış qaz sızması səbəbindən baş verib.
Bizim.Media xəbər verir ki, bu fikirləri Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar səsləndirib.
Qeyd edək ki, martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub. Nəticədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Partlayış 100 evə təsir edib. 3 yaşayış evinin tamamilə dağıldığı deyilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:32 / 13.03.2023
Təbrizdə yaşayış evinin partlamasının səbəbi AÇIQLANDI
Hazırda oxunan: Təbrizdə yaşayış evinin partlamasının səbəbi AÇIQLANDI
Hazırda oxunan: Təbrizdə yaşayış evinin partlamasının səbəbi AÇIQLANDI
125281
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.