Gürcüstanın Daxili İşlər Nazirliyi martın 2-3 və 7-9-da keçirilən mitinqlərdə həbs olunanlarla bağlı məlumat yayıb.
Bizim.Media Gürcüstan mətbuatına istinadən məlumat verir ki, aksiya zamanı həbs olunan bütün şəxslər azadlığa buraxılıb.
“Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aksiya zamanı inzibati qaydada saxlanılan bütün şəxslər müvəqqəti təcridxanadan buraxılıb. Onların inzibati həbsdən azad edilməsi cinayət işinə xitam verilməsi demək deyil. Müvafiq olaraq, həbsdən azad olunmalarına baxmayaraq, barələrində inzibati xəta haqqında iş hələ də davam edir”.
Qeyd edək ki, Tiblisinin paytaxtında keçirilən etiraz aksiyaları zamanı polis ümumilikdə 169 nəfəri həbs etmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
14:42 / 13.03.2023
Gürcüstan polisi təzyiqə davam gətirmədi: “Cinayət işinə xitam verməmişik”
Hazırda oxunan: Gürcüstan polisi təzyiqə davam gətirmədi: “Cinayət işinə xitam verməmişik”
Hazırda oxunan: Gürcüstan polisi təzyiqə davam gətirmədi: “Cinayət işinə xitam verməmişik”
125260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.