Ölkə əhalisinin 58,9 faizi özünü ORTA TƏBƏQƏ hesab edir – SORĞU

Hazırda oxunan: Ölkə əhalisinin 58,9 faizi özünü ORTA TƏBƏQƏ hesab edir – SORĞU

125238

Ölkə əhalisi arasında aparılan sorğunun nəticəsi olaraq ortaya çıxıb ki, iqtisadi vəziyyətlərinin “orta” hesab edən insanların sayı 50%-dən çoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorguda məlumat verilir.
 

MÖVZU İLƏ BAĞLI:

“Bayramda otel qiymətləri adi günlərdən 3 dəfə baha olacaq” – Deputatdan ETİRAZ 


Məlumatda deyilir ki, cari ilin yanvar və fevral ayları üzrə keçirilən rəy sorğularında insanların iqtisadi vəziyyətlərini subyektiv dəyərləndirməsi aparılıb:

“Fevral ayı üzrə sorğunun nəticələrinə əsasən, iştirakçıların 12.5 faizi iqtisadi vəziyyətini “yaxşı”, 58.9 faizi “orta”, 28.4 faizi isə “pis” kimi xarakterizə edib. 

Sorguda həm də ölkənin iqtisadi vəziyyətinə münasibət də öyrənilib. Respodentlərin 33.9 faizi ölkənin iqtisadi vəziyyətini “yaxşı,” 46.9 faizi “orta”, 15.6 faizi isə “pis” kimi qiymətləndirib. 3.6 faiz sorgu iştirakçısı isə cavab verməkdə çətinlik çəkib.

Başqa sözlə, nəticələr insanların əsas hissəsinin fərdi iqtisadi durumlarını “orta” səviyyədə dəyərləndirdiyi halda, ümumilikdə ölkənin iqtisadi vəziyyəti ilə bağlı əsasən “yaxşı” və “orta” mövqeyində olduğunu göstərir.

Sorğunun nəticələrinə əsasən, insanların əksəriyyəti yaxın gələcəkdə özlərinin və ölkənin iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyi mövqeyindədir.

İştirakçıların 57.3 faizi yaxın gələcəkdə iqtisadi vəziyyətinin müsbətə doğru dəyişəcəyini, 13.5 faizi dəyişməyəcəyini, 13.8 faizi isə mənfiyə doğru dəyişəcəyini güman edir. Onların 15.4 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Ölkənin iqtisadi vəziyyətinə gəlincə, iştirakçıların 69.5 faizi müsbətə doğru dəyişəcəyini, 9.6 faizi dəyişməyəcəyini, 8.9 faizi isə mənfiyə doğru dəyişəcəyini proqnozlaşdırır. İştirakçıların 12.0%-i cavab verməkdə çətinlik çəkib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin