“Bayramda otel qiymətləri adi günlərdən 3 dəfə baha olacaq” – Deputatdan ETİRAZ 

Hazırda oxunan: “Bayramda otel qiymətləri adi günlərdən 3 dəfə baha olacaq” – Deputatdan ETİRAZ 

125234

“Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar. CESD-nin (İqtisadi və Sosial İnkişaf Mərkəzi) qiymət monitorinqləri göstərir ki, bayram günlərində otellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda sağlamlıq turizmi niyə inkişaf etmir? – Ekspert SƏBƏBLƏRİ açıb tökdü


Deputat qeyd edib ki, regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir:

“Amma turizm xidmətlərinin və eləcə də otel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır. Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər”.

Vüqar Bayramov problemin çözüm yolunu da göstərib:

“Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin