Nazilədən Fatiməyə CAVAB: “Heç kim özünə arxayın olmasın” - VİDEO

Hazırda oxunan: Nazilədən Fatiməyə CAVAB: “Heç kim özünə arxayın olmasın” - VİDEO

125202

Rəqqasə Fatimə Fətəliyeva və şairə Nazilə Səfərli arasında söz savaşı daha da alovlanıb.

Rəqqasənin “Nazilə mənə danışıq öyrətməsin. Ola bilər ki, şairə olsun, poeziya gecələri aparsın. O onun işidir. Mən isə o qədər pozitiv, şənəm ki, söz bazam da içimdən gəlir. Mən gedib söz bazasının məktəbini oxumamışam. Oturub bütün günü yazmıram. Amma apardığım xına məclislərində dediyim sözlər içimdən, ruhumdan gəlir” sözlərinə şairə susmayıb. 

Bizim.Media xəbər verir ki, Nazilə “Sözbaz” maqazin verilişinə müsahibəsində Fatimənin iddialı açıqlamasına cavab verib. 

Səfərli bildirib ki, o, bu mövzuda heç kimə müəllimlik iddiasında deyil: 

“Mən müəllim deyiləm. Heç kimə də danışmağı öyrətmirəm. Heç kim də özünə arxayın olmasın. Müəllim məktəbdə olur”. 

Qeyd edək ki, Nazilə Səfərli bir müddət əvvəl Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, barışığın baş tutması üçün Fatimə Fətəliyeva ondan üzr istəməlidir. 

Nazilənin bu açıqlamasına Fatimə sosial şəbəkə hesabında canlı yayım açaraq, qarşı tərəfə heç bir üzrxahlığın olmayacağını dilə gətirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin