Salyanda primus partlayıb, bir nəfər yanıq xəsarətləri alıb.
Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə Yuxarı Noxudlu kəndində baş verib. Noxudlu kənd sakini, 36 yaşlı Həsənov Amid Əmrah oğlu həyətdə qızdırıcı cihazla iş görərkən anidən partlayış olub.
Nəticədə A. Həsənov yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanada ona ilk tibbi yardım göstərilib.
İkinci dərəcəli yanıq xəsarətləri alan A. Həsənovun vəziyyəti ağır olduğundan o, Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:36 / 12.03.2023
Salyanda yanıq xəsarətləri alan 36 yaşlı kişi Bakıya gətirildi - VƏZİYYƏTİ AĞIRDIR
Hazırda oxunan: Salyanda yanıq xəsarətləri alan 36 yaşlı kişi Bakıya gətirildi - VƏZİYYƏTİ AĞIRDIR
Hazırda oxunan: Salyanda yanıq xəsarətləri alan 36 yaşlı kişi Bakıya gətirildi - VƏZİYYƏTİ AĞIRDIR
125135
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.