Sadələşdirilmiş vergi ödəyiciləri üşün PİS XƏBƏR

Hazırda oxunan: Sadələşdirilmiş vergi ödəyiciləri üşün PİS XƏBƏR

125105

Azərbaycanın vergi qanunvericiliyinə görə, bir sıra istisna hallar xaric, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Dövlət Vergi Xidməti 200.000 manatlıq limiti daha da azaltmağı planlaşdırır.

Bizim.Media marja.az-a istinadən xəbər verir ki, Vergi və Mühasibatlıq Zirvəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin Sahibkar Birlikləri və Assosiasiyaları ilə İş şöbəsinin rəisi Elvin Məmmədli distribyutor şirkətlərindən birinin nümayəndəsinin sualını cavablandırıb.

O, “Biz qida sektorunda vəaliyyət göstərən distribyutor şirkətiyik. Xüsusən bölgələrdə və Bakıətrafı qəsəbələrdə kiçik vergi ödəyiciləri mal alışı zamanı sənədləşmədən imtina edirlər.

Qarşılaşdığımız bu problemin həlli istiqamətində Dövlət Vergi Xidməti hansı tədbirləri görməyi nəzərdə tutur?” sualına belə cavab verib:

“Malı sənədsiz almaq istəyi əsasən sadələşdirilmiş vergi ödəyicilərində olur. Gəlir və ya mənfəət vergisi ödəyiciləri xərclərini rəsmiləşdirməkdə maraqlıdırlar. Amma sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti alışını gizlədir ki, hasilatın da gizlətsin. Vergi orqanının da ortamüddətli dövrdə baxışı bundan ibarətdir ki, sadələşdirilmiş vergi rejimi keçid dövründə təbiq edilən müvəqqəti rejimdir. Dövlət Vergi Xidməti tərəfindən ƏDV qeydiyyatı ilə bağlı limitin aşağı salınması planlaşdırılır. Bu tədbir qeyd etdiyiniz halların qarşısını müəyyən qədər alacaq.Təcrübə göstərir ki, sadələşdirilmiş vergi ödəyicilərinin əksəriyyəti uçotu pozurlar”.

Qısası, ƏDV məqsədləri üçün qeydiyyata alınma üçün hədd olan 200.000 manatlıq limitin nəyinki artırılması, əksinə azaldılması gözlənilir.

Qeyd edək ki, Azərbaycanda bir sıra iqtisadçılar və millət vəkilləri “ƏDV limiti”nin hazırkı 200 min manatdan 300 min manata və ya daha artıq həddə qaldırılmasını təklif ediblər. Onlar hesab edirlər ki, ölkədəki qiymət artımları ilə əlaqədar olaraq sadələşdirilmiş vergi dövriyyəsinə yenidən baxılması məqsədəuyğundur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin