COVID-19 pandemiyası ilə mübarizə aparan Koreya Respublikasında indi də yüksək patogenik quş qripi (H5N8) aşkarlanıb.
Bizm.Media Koreaya mətbuatına istinadla xəbər verir ki, virus paytaxt Seuldan 92 kilometr cənubda yerləşən Çeonan şəhərində vəhşi quşlardan götürülmüş nümunədə aşkar edilib.
Bildirilir ki, 32 aylıq aradan sonra quş qripinin yenidən aşkarlanması ciddi narahatlıq doğurub.
Bundan əvvəl Çin Respublikasında da quş qripinin bəzi əlamətləri haqda mətbuat yazmışdı.
Bizm.Media