Gəncədə mübahisə bıçaqlanma ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
2006-ci il təvəllüdlü Rəvan Rüstəmov bədənin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyat edilib, vəziyyətinin stabil olduğu bildirilir.
İlkin məlumata görə, yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu