“Rusiya Qafqazda aranı qarışdırmaq istəyir” - AÇIQLAMA

Hazırda oxunan: “Rusiya Qafqazda aranı qarışdırmaq istəyir” - AÇIQLAMA

124980

Kremlin mətbuat katibi Dmitri Peskov Tiflisdə cərəyan edən etiraz aksiyalarını şərh edib. Bildirib ki, Gürcüstanda etirazların başlanma səbəbinin Rusiyaya aidiyyətinin yoxdur.

Görəsən Moskva Peskovun dili ilə xəbərdarlıq edir, yoxsa Cənbi Qafqazda növbəti müharibə olacaq? Bu dəfə ocaqlar tam söndürüləcəkmi?

Bizim.Media-ya açıqlama verən politoloq Cümşüd Nuriyev düşünür ki, Peskovun sözügedən açıqlaması ilə Gürcüstanda baş verən son hadisələr fonunda bu ölkəni işğal edə biləcəkləri xəbərdarlığını verib:

“Ruslar “nə də yardan doyur, nə də əldən qoyur”. Moskva Ukraynada ciddi problemlərlə üz-üzədir. Azərbaycanda da rus sülhməramlıları bir sıra hallarda səlahiyyətlərindən kənara çıxırlar.

Görünür, indi də Moskva Gürcüstanı qarışdırmağa çalışır. Bu mənada Peskovun həmin açıqlaması Tiflisə ünvanlanmış mesajdır. Rusiya Gürcüstanda da “xarici agentlər” haqqında qanunun qəbulunda maraqlı idi. Lakin gürcü xalqı ayağa qalxaraq, həmin qanunun qəbuluna maneə oldu. Abxaziya və Cənubi Osetiya Gürcüstanın işğal olunmuş əraziləridir. Kreml Abxaziyanı ermənilərin əli ilə qarışdırıb.

Cənubi Osetiya da da bu yolla qarışdırmağa çalışacaqlar. Bütün bunlarda Kremlin məqsədi Cənubi Qafqazın 3 ölkəsini zərərsizləşdirməkdən ibarətdir.

Rusiya yenə də regionumuzda aranın qarışmasını istəyir. Bu yolla Kreml Ukraynadakı uğursuzluqlarını Gürcüstanla kompensasiya etməyi düşünür. Tiflis də bunu başa düşdü və sözügedən qanunun qəbulundan vaz keçdilər. Gürcü xalqı iki gün ərzində Rusiyanın həyata keçirəcəyi layihəyə “yox” dedi. Bu müstəvidə Moskva da gürcü xalqının iradəsini sındırmaq istəyir. Peskovun açıqlaması da Tiflisə yönəlik bir mesajdır. Kremlin mətbuat katibi bununla xəbərdarlıq edir ki, yenidən Gürcüstanı işğal edə bilərlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin