Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan birinin kimliyi bəlli olub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə ilə bağlı aparılan əməliyyat-istintaq tədbirləri çərçivəsində Elvin Qasımov adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Paytaxtdakı silahlı insidentin başvermə anı - VİDEO
Onun bu insidentin sifarişçisi olduğu iddia edilən kriminal avtoritet Emin Qasımovun qardaşı olduğu bildirilir.
Qeyd edək ki, dünən Bakı Sirkinin qarşısında iki nəfərin yaralanması ilə nəticələnən silahlı insident ətrafında müzakirələr davam edir. Silahlı hücumun kriminal aləmdə “Brilyant” ləqəbi ilə tanınan Nicat Lənkəranskiyə qarşı təşkil olunduğu iddia edilir.
Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyi cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfərin saxlanıldığını bildirmiş, lakin onların adları açıqlanmamışdı.
Bizim.Media