Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.
“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində yerüstü hava qatında duman əmələ gəlib".
R. Verdiyev qeyd edib ki, Şabran, Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.
"Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək".
Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 11.03.2023
Dumanlı hava şəraiti bu tarixədək davam EDƏCƏK
Hazırda oxunan: Dumanlı hava şəraiti bu tarixədək davam EDƏCƏK
Hazırda oxunan: Dumanlı hava şəraiti bu tarixədək davam EDƏCƏK
124937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.