Şəki Dövlət Dram Teatrında Azərbaycan milli teatrının 150 illik yubleyi və Milli Teatr Günü münasibəti ilə Mədəniyyət nazirliyinin “Teatrda bir gün” layihəsinə əsasən “Açıq qapı günü ” keçirilib.
Bu barədə Bizim.Media-nın yerli bürosuna teatrın ədəbi-dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Bildirilib ki, bu münasibətlə teatrın səhnəsində gənc rejissor Elvin Nurinin quruluşunda Toyğun Orbayın “21:15 Qatarı” tamaşasının premyerası təqdim olunub.
L. Məmmədova onu da əlavə edib ki, tamaşada rolları, əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Lalə Məmməd, Rəsul Məmmədrəhimov ifa edir.
Tamaşa böyük anşlaqla keçib.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Mədəniyyət
20:45 / 10.03.2023
Milli Teatr günü Şəkidə də QEYD OLUNDU - FOTO
Hazırda oxunan: Milli Teatr günü Şəkidə də QEYD OLUNDU - FOTO
Hazırda oxunan: Milli Teatr günü Şəkidə də QEYD OLUNDU - FOTO
124877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.