Hacı Şahinin yerinə din xadimi təyin edilməyib - Dövlət Komitəsi

Hazırda oxunan: Hacı Şahinin yerinə din xadimi təyin edilməyib - Dövlət Komitəsi

124856

Son iki gündə bəzi KİV-lərdə və sosial şəbəkələrdə Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə din xadiminin təyin olunması barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən sözügedən məscidə rəsmi din xadimi təyin olunmayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin məlumatında bildirilir. 

Xatırlatmaq istəyirik ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur.

Bu Qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir. Sözügedən məscidə də rəsmi din xadiminin təyin olunması məhz bu Qayda əsasında həyata keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin