İçməli suyun qiymətinə yenidən baxıla BİLƏR

Hazırda oxunan: İçməli suyun qiymətinə yenidən baxıla BİLƏR

124828

Azərbaycanda içməli suyun tariflərinə yenidən baxılması təklif edilir. 

Bizim.Media xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda təşkil olunan brifinqdə deyib. 

Onun sözlərinə görə, ölkədə içməli su maya dəyərindən aşağı qiymətə satılır. 

"Qiymətin aşağı olması qurumun rentabelli işləməsinə mane olur və yenilənmə dövlət büdcəsi hesabına həyata keçirilir. Tariflər dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan tariflərə uyğun olarsa, qurumun rentabelli işləməsi və işlərin həyata keçirilməsi mümkün olar". 
E.Məmmədov bildirib ki, "Azərsu" tərəfindən tariflərə gələcəkdə yenidən baxılması üçün proqram hazırlanır, lakin qərar Tarif Şurası tərəfindən qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin