Azərbaycanın xilasedici iti Kahramanmaraşda üç nəfərin dağıntılar altından sağ çıxmasına kömək edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədər qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupunun 8 iti ümumilikdə 15 nəfərin yerini müəyyənləşdiriblər. Juna adlı "Cocker Spaniel" növündən olan it dağıntılar altından 3 nəfərin sağı çıxarılmasına kömək edib. Onlardan biri uşaq olub.
Junanın təlimatçısı Ehtiram Baloğlanov “Anadolu”ya açıqlamasında deyib ki, bu itlər axtarış-xilasetmə əməkdaşlarının işini asanlaşdırırlar:
“Bu it 2017-ci ildə doğulub. Həmin vaxtdan bəri mənimlədir. Kahramanmaraşda 3 nəfəri sağ çıxarmağımıza kömək etdi. Burada ona “Qəhrəman Juna” deyirdilər”.
Xatırladaq ki, zəlzələ nəticəsində həlak olanların sayı 46 mini keçib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:36 / 10.03.2023
Kahramanmaraşda üç nəfəri dağıntılardan sağ çıxaran “Qəhrəman Juna” - FOTO
Hazırda oxunan: Kahramanmaraşda üç nəfəri dağıntılardan sağ çıxaran “Qəhrəman Juna” - FOTO
Hazırda oxunan: Kahramanmaraşda üç nəfəri dağıntılardan sağ çıxaran “Qəhrəman Juna” - FOTO
124808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.