Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq – RƏSMİ 

Hazırda oxunan: Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılacaq – RƏSMİ 

124796

“Bu il ərzində üç rayonda - Qubadlı, Cəbrayıl və Zəngilanda bir neçə kəndin tikintisinə başlanılması nəzərdə tutulub”.

Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Zəngilanda keçirilən İdarələrarası "Mərkəzi Enerji Təminatı" üzrə İşçi Qrupunun 62-ci iclasında bildirib.

O bildirib ki, artıq Zəngilanın "Ağalı" kəndinin tikintisinin 90 %-i yekunlaşıb: 

"Horadiz-Ağbənd" dəmir yolu çərçicəsində tikinti işləri 48 %, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 68 % yekunlaşıb".

V.Hacıyev bildirib ki, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun tikintisi 70 %, Qubadlı-Eyvazlı avtomobil yolunun - 40 %, Xudafərin-Qubadlı-Laçın avtomobil yolu üzrə işlər isə 46 % yekunlaşıb: 

"Bərpa-quruculuq istiqamətində yolların çəkilişi, kommunikasiya və infrastrukturların qurulması ilə bağlı işlər görülüb və bu gün də uğurla davam etdirilir".

V.Hacıyev qeyd edib ki, regionda "yaşıl enerji"nin inkişafı üçün böyük potensial var və bu istiqamətdə işlər aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin