Tbilisidəki aksiyalarda 58 polis xəsarət ALIB

Hazırda oxunan: Tbilisidəki aksiyalarda 58 polis xəsarət ALIB

124784

Gürcüstanın paytaxtı Tbilisidə 2 gün ərzində keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının 58 əməkdaşı xəsarət alıb. 

Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Teymuraz Kupatadze açıqlayıb.  

Onun sözlərinə görə, DİN polis əməkdaşlarına qarşı hər bir zorakılıq halını araşdırır.  

Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb.
Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb. Gürcüstan DİN isə aksiyalar zamanı saxlanılan bütün etirazçıların sərbəst buraxıldığını açıqlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin