Azərbaycan yeməklərinin reyestri HAZIRLANACAQ

Hazırda oxunan: Azərbaycan yeməklərinin reyestri HAZIRLANACAQ

124778

Azərbaycan yeməklərinin reyestri hazırlanacaq. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu deyib. 

O qeyd edib ki, artıq bu istiqamətdə müvafiq işlər aparılır:

“Bu vaxta qədər Azərbaycan yeməklərinin tam siyahısı və sənədləri yox idi. Həmçinin bir aya Milli Kulinariya Mərkəzinin saytı da fəaliyyətə başlayacaq. Ümumiyyətlə, Milli Kulinariya Mərkəzinin yeni formatda təqdimatını düşünürük. Bu təqdimat elmi-tədqiqi metodoloji mərkəzə çevrilməkdir. Assosiasiyalarda birləşən aşpazlar assosiasiyalar vasitəsilə idarə olunacaqlar.
Bizim vəzifəmiz isə milli kulinariya sahəsini Milli Elmlər Akademiyasının bir şöbəsinə çevirməkdir. Proqnozlar vermək, təhlillər aparmaq, qida təhlükəsizliyi sahəsində proqnozlar hazırlamaq və s. Tamamilə yeni yanaşma ilə qida mühəndislərini formalaşdırmaq, milli irsimizi dünyada təbliğ etmək və dünyadakı yenilikləri ölkəmizə gətirməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin