Xatirə İslamdan aparıcıya sərt sözlər: ''Mən Beyons deyiləm, sən də Leyla Quliyeva deyilsən" - VİDEO

Hazırda oxunan: Xatirə İslamdan aparıcıya sərt sözlər: ''Mən Beyons deyiləm, sən də Leyla Quliyeva deyilsən" - VİDEO

12476

“Verilişə getmək üçün hər sənətçinin özünə görə əziyyəti olur. Fikirləşirəm ki, bunu dəyərləndirmək lazımdır.

Özüm üçün bu qərarı verdim, istəyərdim ki, telekanallarımız tərəfindən bütün sənətçilərimiz mükafatlandırılsın.
 

MÖVZU İLƏ BAĞLI:

Xatirə İslamdan çağırış: ''Çalışın evlənməyin''


Bütün dünyada belədir, istəyirəm Azərbaycanda da belə olsun. Mənim bu təklifimə, qərarıma aparıcılarımız öz fikirlərini bildiriblər.

Dəyərli aparıcılarımız, mən qonorarı sizdən istəməmişəm, televiziya kanallarına müraciət etmişəm. Qərarımı qiymətləndirmək də olar, qiymətləndirməmək də.

Mənim fikrimə münasibət bildirməyən bütün aparıcılarımıza təşəkkür etmək istəyirəm. Bu sözüm aparıcılara aid deyil, bizim dostluğumuz yenə də öz yerində qalacaq.

Bu sadəcə mənim iş prinsipimdir. Mən istəyirəm ki, həyatımı belə davam edim, bundan sonrakı fəaliyyətim öz istədiyim kimi olsun.”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam sosial şəbəkədə yayımladığı videoda deyib.

Sənətçi efirə çıxmaq üçün telekanallardan pul istəməsi barədə fikirlərini tənqid edən teleaparıcı Afaq Gəncəliyə cavab verib: 

"Afaq, toya 4 min manata gedirsən. Bəs, sən ATV-dən  maaş almırsan? Aparıcı kimi qonorar alırsansa, ora gələn sənətçi də pul almalıdır.

Verilişində müğənnini istədiyin kimi “sındırıb”, istədiyin kimi qaldıra bilirsən. Bir verilişdən istədiyin qonorarı alırsan, sənətçi niyə almasın? Hələ bəlli deyil sənətçi sənin verilişindən necə çıxacaq. Xoşlayırsansa, qaldıracaqsan, xoşlamırsansa iynələyəcksən”

“Azərbaycanda toya getməyən müğənni var? Elə bir ad çək, nəyə istəsən hazıram. Zeynəb Xanlarovadan başqa elə müğənni var? Sən də toy aparıcısı olma.

Dünya ulduzlarından yox, Azərbaycandan danışıram. Səndən Beyonsun, Tarkanın pulunu istəməmişəm.

Mən də Xatirə İslamın pulunu istəyirəm. Bizim xarici ulduzlardan nəyimiz əskikdir? Ola bilər mən Beyons, Şakira deyiləm.

Bəlkə, sən də mənə qonorar ayırsan, dünya ulduzları kimi performans göstərəcəm?! Xatirə 22 ildir hər şey edib, edəcək də. Sənətçilər, sənətkarlar tərəfindən nə qədər qiymətləndirilməyim göz önündədir”. 

Afaq, istədiyin kanalda işləyirsən, istədiyin qonorarı alırsan. Amma sən də Leyla Quliyeva deyilsən. Beşdən artıq dil bilir, peşəkar aparıcıdır, savadlıdır, hər şeyi ilə nümunədir, amma sən Leyladan da çox qazanırsan".

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin