Azərbaycanda zəlzələ ocaqlarının daha çox aktiv olduğu bölgə AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda zəlzələ ocaqlarının daha çox aktiv olduğu bölgə AÇIQLANDI

124749

"Bakıda zəlzələ qırılma ocaqları yoxdur". 

Bizim.Media xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Bakı Dövlət Universitetində Azərbaycanın müasir seysmodinamik şəraiti haqqında danışarkən deyib. 

Onun sözlərinə görə, qırılma ocaqları daha çox Xəzər dənizinə düşür. 

Q.Yetirmişli əlavə edib ki, 2021-ci ildə Azərbaycan və ona bitişik ərazilərdə 7000-dən çox, keçən il ərzində isə 3000-ə yaxın yeraltı təkanlar qeyd alınıb:

"Bu ilin əvvəlindən martın 7-nə kimi olan müddətdə zəlzələ ilə bağlı cənub zonası daha aktiv olub".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin