Gürcüstanda etirazlar zamanı saxlanılanlar SƏRBƏST BURAXILDI 

Hazırda oxunan: Gürcüstanda etirazlar zamanı saxlanılanlar SƏRBƏST BURAXILDI 

124676

Tbilisidə etiraz aksiyalarında saxlanılanların hamısı sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, - deyə məlumatda deyilib.

Qeyd edək ki, 7-8 mart tarixlərində vətəndaş cəmiyyəti fəalları tərəfindən parlament binası qarşısında keçirilmiş etiraz aksiyaları zamanı 133 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin