Mədəniyyət Nazirliyi Xalq artistinə KÖMƏK EDƏCƏK 

Hazırda oxunan: Mədəniyyət Nazirliyi Xalq artistinə KÖMƏK EDƏCƏK 

124669

Xalq artisti Ənvər Həsənova köməklik göstəriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

“2023-cü il martın 9-da xalq artisti Ənvər Həsənovun səhhətində yaranmış problemlərlə əlaqədar mediada getmiş məlumatlarla bağlı bildiririk ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə rəsmi müraciət olunmasa da, məlumat mətbuatda yayımlandıqdan dərhal sonra Ə.Həsənovun ailə üzvləri ilə əlaqə saxlanılıb və onların istəkləri dinlənilib. Bildiririk ki, sözügedən məsələ ilə bağlı Ə.Həsənova müvafiq istiqamətdə mümkün dəstək və köməklik göstəriləcək”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin