"1989-cu il təvəllüdlü şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxsin sağ ayağı amputasiya olunub, hazırda vəziyyəti stabildir".
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Tərtər sakini minaya DÜŞDÜ
Bildirilib ki, Y.Hadiyev bu gün səhər saatlarında Tərtər rayon Mərkəzi xəstəxanasından təcili yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına gətirilib.
Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur.
Bizim.Media