"İrəvanda baş tutmayan mühazirələrim haqda danışmaq istəyirəm. Bunun üçün bir araya gələn gənc erməni jurnalistlərindən üzr istəyirəm. Əlimdən gələni etdim, amma Ermənistan hakimiyyəti ciddi şəkildə məndən qorxdu. Əslində, ermənini, xüsusən də ikinci Ermənistan vətəndaşlığı olan bir ermənini Ermənistana buraxmamaq sadəcə olaraq ağlıma sığmır”.
Bizim.Media xəbəbr verir ki, bu sözləri rusiyalı media meneceri, “News Media” holdinqinin təsisçisi, Azərbaycana qarşı iftira dolu reportajlar hazırlayan Semyon Peqovun sahibi Aram Qabrelyanov Facebook səhifəsində yazıb.
“Əlbəttə, bilirdim ki, Paşinyan Betmen deyil, amma onun belə xırda və qorxaq olduğunu gözləmirdim. Əslində Ermənistan onun xəyanətinin pasından korroziyaya uğrayıb. Hazırda isə Türkiyə qarşısında ikiqat əyilib. Rusiya və rus xalqı ilə qardaşlıq münasibətlərini pozmağa cəhd edir. Əbəs yerə deyil, hətta təhlükəsizlik qüvvələri də ona “Türk Nikol” deyirlər.
Bununla belə, Ermənistan hökumətini məhkəməyə verirəm və məcbur edəcəyəm ki, məni mütləq ölkəmə buraxsınlar. Görəsən, Paşinyan ulu babasının kim olduğunu bilirmi? Amma mənim ulu babam Nikolay Tatevdə kilsənin keşişi olub. “Bomjlar” (evsizlər) məni ata Vətənindən məhrum edə bilməzlər”, - deyə o yazıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:39 / 09.03.2023
Ermənistana buraxılmayan Aram Qabrelyanov: "Paşinyan qorxaqdır"
Hazırda oxunan: Ermənistana buraxılmayan Aram Qabrelyanov: "Paşinyan qorxaqdır"
Hazırda oxunan: Ermənistana buraxılmayan Aram Qabrelyanov: "Paşinyan qorxaqdır"
124596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.