Azərbaycanın ixrac üçün quş əti var, amma ... - SƏBƏBLƏR

Hazırda oxunan: Azərbaycanın ixrac üçün quş əti var, amma ... - SƏBƏBLƏR

12459

Ötən ilin statistik məlumatına əsasən 9 milyondan çox diri ev quşları idxal olunub. Ölkəyə daxil olan quşlar isə ev toyuqları, qazlar, hindtoyuqları, firəngtouyuqları olub.

Maraqlıdır ki, ölkəmizə müxtəlif dövlətlərdən sözügedən quş əti məhuslları daxil olduğu halda biz niyə öz məhsullarımızı xaricə ixrac edə bilmirik?

Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev söyləyir ki, yuxarıda adlarını çəkdiyimiz quşlardan bəzilərinin ölkəmizdə damazlığı yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

“Kənddən Şəhərə” həftəsonu yarmarkaları başladı - 3 gün davam edəcək 


Cəmiyyət sədri əlavə edir ki, pandemiyadan öncə İran, İraq, Əfqanıstan, Orta Asiya kimi ölkələrə yalnız ev toyuqlarını ixrac etmişik: 

“Hətta toyuqlarla yanaşı quş əti məhuslları və yumurtalar da xaricə yola salınıb. Açıq bazardır, kim bizdən məhsul istəyir onlara da satırıq.

Hazırda pandemiya dövrünün şərtləri elədir ki, bütün biznesləri dondurub. Biz bilirsiniz ki, Ukraynadan quş əti alırdıq.

“Quş qripi” aşkarlandığı üçün idxalı dayandırdıq. Bu amil də ölkəyə quş ətinin gətirilməsini zəiflədir. Bizdə quşlar peyvəndlənib, hələki “quş qrip”i kimi belə bir fakt qeydə alınmayıb”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin