Avarçəkənlər Mingəçevirə toplaşır - Ölkə birinciliyi keçiriləcək 

Hazırda oxunan: Avarçəkənlər Mingəçevirə toplaşır - Ölkə birinciliyi keçiriləcək 

124579

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək. 

Bizim.Media xəbər verir ki, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparacaq. 

Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla  mükafatlandırılacaq. 

Qeyd edək ki, 4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.  “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin