Ermənistanda ötən gün meşədə asılmış vəziyyətdə tapılan əsgərin Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın qohumu olduğu məlum olub.
Bizim.Media "Hraparak" a istinadən xəbər verir ki, müddətli hərbi xidmət keçən Andranik Ohanyanın Seyran Ohanyanın əmisi nəvəsi olduğu üzə çıxıb.
Xatırladaq ki, hadisə Tavuş vilayətində hərbi hissədə baş verib.
Bizim.Media
*** 12:24
Ermənistan Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin hərbçisi Andranik Karoyeviç Ohanyanın meyiti aşkar edilib.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, meyit martın 8-də aşkarlanıb. Məlumat isə bu gün yayılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media