“Daşnaksütyun”a xidmət edən azərbaycanlılar - SENSASİYA

Hazırda oxunan: “Daşnaksütyun”a xidmət edən azərbaycanlılar - SENSASİYA

12454

Hər dövlət çətin zamanlarda müxtəlif maraq qruplarına xidmət edən, fərqli mənafelərə sahib qurumlar tərəfindən ələ alınan şəxslərin hücumuna məruz qalıb.

Mümkün hər vasitə ilə dövlətə qarşı təxribat törətməyə, daxili sabitliyi pozmağa və önəmli məlumatların ələ keçirilməsində istifadə olunan bu şəxslər çox vaxt hansı oyunlara cəlb olunduqlarının fərqində belə olmurlar. 

Bu baxımdan bəzi şəxslərin xarici ölkələrə səfərləri zamanı orda fəaliyyət göstərən, dolayı yolla “Daşnaksütyun” təşkilatı və onun alt qurumları ilə bağlantılı olduqları müəyyən olunub.
 

Bu şəxslərdən Azərbaycana, onun ərazi bütövlüyünə və süverenliyinə qarşı təxribatların törədilməsində istifadə olunub.


Qeyd edək ki, quruluşundan etibarən türklərə qarşı nifrət ideologiyasını mənimsəmiş “Daşnaksütyün” ilk gündən etibarən əsas fəaliyyət sahələrini dəfələrlə dəyişdirib.

1920-22-ci illərdə terroru əsas mübarizə vasitəsinə çevirən təşkilat, “Nemesis” əməliyyatı nəticəsində Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Xəlil bəy Xasməmmədov kimi Azərbaycanlı siyasi xadimlər, Tələt paşa, Camal paşa, Said Hilmi paşa kimi Türkiyəli siyasi xadimlər qətlə yetirilib.

Cənubi Qafqazda Sovet hakimiyyətinin qurulması ilə xaricə köçməyə məruz qalan daşnaklar Yunanıstan, Fransa, İran, Argentina, Livan və ABŞ-da yaşayan varlı erməni iş adamlarının da köməkliyi ilə yenidən təşkilatlanmağı bacarıb.

Qərb ölkələrindən ciddi siyasi dəstək almaq məqsədi ilə anti-sovet ideologiyaya keçid edən “Daşnaksütyun”-un radikal qanadı Hitler Almaniyası sıralarında müharibəyə qoşulub. 

Müharibədən sonra müxtəlif ölkələrdə “Daşnaksütyun”-un gənclik, qadın, yardımlaşma və digər istiqamətlərdə fəaliyyət göstərən qurumları yaradılıb. İdeoloji məsələləri arxa plana keçirən təşkilat sosial sahələrdə nüfuzlu rola malik olan şəxslər üzərindən öz strategiyalarını müəyyən etməyə başlayıb.
 

1950-70-cil illər arasında “Daşnaksütyun” müxtəlif sahələrdə ciddi fəaliyyət göstərən yardım fondları, gənclik və qadın dərnəkləri, hüquqi yardım təşkilatları formalaşdırıb.


Xarici ölkələrdə ciddi biznes əlaqələrinə malik olan və dostluq şəbəkələri yaradan “Daşnaksütyun” maliyyələşmə məsələlərini də xüsusi ianələr hesabına reallaşdırıb.

Lakin bu illər ərzində “Daşnaksütyun” xaricdə biznes fəaliyyətləri, hüquq müdafiə təşkilatları, müxtəlif fondlar, təqaüd proqramları və qadın dərnəkləri vasitəsilə öz fəaliyyətini daha da genişləndirib.

Son zamanlarda bu təşkilatlar Ermənistana ciddi maliyyə yardımları etməklə yanaşı, Ermənistan maraqlarına uyğun cəsusluq fəaliyyəti də icra etdikləri ortaya çıxıb.

Təəssüflər olsun ki, bəzi azərbaycanlı şəxslər xaricdə səfərlərdə olduqları zaman bu cür fəaliyyətlərin tərkib hissəsi olublar.
 

“Daşnaksütyun”la əlaqəli, ancaq tamamilə fərqli ad altında fəaliyyət göstərən qurumlar tərəfindən bir neçə istiqamət üzrə bəzi soydaşlarımızın əməkdaşlığa cəlb edilməsi (verbovka) həyata keçirilib.


Belə ki, “Daşnaksütyun”la əlaqəli olan şəxslər və qurumlar xüsusi əməkdaşlıqları vasitəsilə xaricdə bəzi azərbaycanlılarla əlaqə yaradıb.

Bu şəxslərlə biznes ortaqlığı qurulmasına nail olan azərbaycanlılar daha sonra məqsədli şəkildə ciddi maliyyə itkilərinə məruz qoyulub, borclandırılıb.

Daha sonra adı çəkilən şəxslər xüsusi qurumlar vasitəsilə borcun ödəniləcəyi təminatı ilə “Daşnaksütyun”un müəyyən etdiyi istiqamətlərdə yönləndirilib və bir sıra fəaliyyətləri icra ediblər.

“Daşnaksütyun” bu şəxslərin ələ alınmasında qadın və eynicinsli münasibət amillərindən də peşəkarlıqla istifadə edib. Bəzi şəxslərin qadınlara və eynicinsli münasibətlərə qarşı zəiflikləri əvvəlcədən müəyyən olunub və bu faktlar onların ələ alınmasında istifadə olunub.
 

Bu cür kompromat meteriallar vasitəsilə şantaj olunan şəxslər önəmli istiqamətlər üzrə informator kimi  cəlb olunublar.


“Daşnaksütyun” hüquq müdafiə təşkilatları və xüsusi təqaüd proqramları vasitəsilə də bir sıra azərbaycanlıların ələ alınması kampaniyasını icra edir.

Xarici dövlətlərdə iş və yaşamaq icazəsi, təhsil proqramlarında iştirak qarşılığında bəzi azərbaycanlıların erməni xüsusi xidmət orqanlarının əməkdaşları ilə birbaşa kontaktları təmin olunması haqda məlumatlar mövcuddur. 

“Danaksütyun” təşkilatının xaricdəki qurumları vasitəsilə ələ alınan şəxslər ölkə daxilində və Avropa ölkələrində Azərbaycana qarşı bəzi provokativ fəaliyyətləri icra ediblər.

“Daşnaksütyunu”un Azərbaycana qarşı fəaliyyəti və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan şəxslər haqqında növbəti yazılarımızda daha ətraflı məlumatları təqdim edəcəyik.

Mövzunun davamını gözləyin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin