40 minə yaxın etirazçı Tbilisidə Rustaveli meydanında Gürcüstan parlamentinin binası qarşısında toplaşıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər xarici teleqram kanallarında paylaşılıb.
Qeyd olunur ki, etirazçıların tələblərinin yerinə yetirilməsi üçün Gürcüstan parlamentinə ünvanladığı vaxt sona çatıb.
Bu səbəbdən, aksiya iştirakçıları parlamenti mühasirəyə almağa qərar veriblər.
Xəbər verildiyi kimi, etiraz edən Gürcüstan hakimiyyətinin tələblərini yerinə yetirmək üçün irəli sürdüyü saat (“) saatı başa çatıb və etirazçılar “parlamentin mühasirəsinə” başlamaq qərarına gəliblər.
Xatırladaq ki, Gürcüstanda "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz olaraq minlərlə insan küçələrə axışıb. Aksiyaçıların əsas tələbi “xarici agentlər” haqqında qanun layihəsinin geri qaytarılması və aksiyada saxlanılanların azad edilməsidir.
Bizim.Media