Bu barədə Bizim.Media-ya açıqlamasında “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Mais Musayev söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Həftəsonu yarmarkalar bərpa edilir - Ünvanlar açıqlandı
O fikirlərinə əlavə edib ki, yarmarkada 100-dən çox fermer iştirak edir.
“Həmçinin 57 çeşiddə olan təbii kənd və qida məhsullarının münasib qiymətlərlə satışı həyata keçirilir. Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfarı məhsullarına olan tələbatını daha dolğun təmin etməkdir”.
Daha sonra sözçü söyləyib ki, yarmarka karantin rejiminin tələblərinə tamamilə əməl olunmaqla bu dəfə 3 ünvanda təşkil olunub:
“Bura Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanları daxildir”.
Qeyd edək ki, yarmarka 19 fevral tarixindən start götürüb.
Gülşanə Mustafayeva, Bizim.Media