“Öz “MİQ-29”larımızı Ukraynaya verməyə hazırıq” – Polşa Prezidenti 

Hazırda oxunan: “Öz “MİQ-29”larımızı Ukraynaya verməyə hazırıq” – Polşa Prezidenti 

124479

“Polşa öz arsenalında olan “MiQ-29” qırıcıları Ukraynaya verməyə hazırdır”. 

Bizim.Media xəbər verir ki, bunu “CNN” telekanalına müsahibəsində Polşa prezidenti Anjey Duda deyib. 

“Polşada qalan, işlək vəziyyətdə olan və Hərbi Hava Qüvvələrimizin xidmətində olan MiQ-29 təyyarələrini təhvil verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək, çünki hazırda Ukraynada bu təyyarələri idarə edə bilən pilotlar var” - deyə, o bildirib. 

Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”lar tədarük ediləcək: 

“İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”lardan istifadə edəcək. Hazırda pilot hazırlığı ona görə vacibdir”. 
Fevralın 17-də Polşanın baş naziri Mateuş Moravetski Varşavanın Ukraynaya MiQ-29 qırıcıları tədarük etməyə hazır olduğunu açıqlayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin