Martın 9-da Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında Anlaşma Memorandumu imzalanacaq.
Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü AZPROMO-nun rəhbəri Yusif Abdullayev Bakıda Latviya və Azərbaycanın işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Latviya arasında Anlaşma Memorandumu İMZALANACAQ
Onun sözlərinə görə, bu sənəd çərçivəsində tərəflər öz aralarında tamamlayıcı dəstək göstərməyi planlaşdırır.
"Latviya agentliyinin 70-dən çox ixraca dəstək mexanizmi var və biz onları öyrənib Azərbaycanda tətbiq etməyi planlaşdırırıq. Həmçinin, Latviya tərəfi də bizim ixraca və ixracatçılara dəstək mexanizmlərimizlə maraqlanır və biz öz təcrübəmizi bölüşməyə hazır olacağıq", - deyə o bildirib.
Y.Abdullayev əlavə edib ki, bu sənədin imzalanması ölkələr arasında ticari-iqtisadi əlaqələri genişləndirəcək.
Bizim.Media