“Trabzonspor”un baş məşqçisi istefa verdi

Hazırda oxunan: “Trabzonspor”un baş məşqçisi istefa verdi

124313

“Trabzonspor”un baş məşqçisi Abdullah Avcı istefa verib.

Bizim.Media xəbər verir ki, o, bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

59 yaşlı mütəxəssisin istefasına həm komandanın cari mövsümdəki uğursuz çıxışı, həm də klub rəhbərliyinin bir neçə gün öncə istefa verməsi səbəb göstərilir.

Türkiyə mətbuatının iddiasına görə, Avcı klubdan hər hansı təzminat tələb etməyəcək.

Xatırladaq ki, bir neçə gün öncə “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu da istefa vermişdi. Trabzon təmsilçisi bu mövsüm Super Liqada topladığı 38 xalla 6-cı pillədə qərarlaşıb.

Komanda “Bazel”ə uduzaraq Avropa Konfrans Liqasında da mübarizəni dayandırıb. Avcı 2020-ci ildən Qara Dəniz təmsilçisinə rəhbərlik edirdi. O, ötən mövsüm “Trabzonspor”u Türkiyə çempionu etmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin