Çıxarışı olmayan mənzillərin satışı qadağan edilə bilər - VİDEO

Hazırda oxunan: Çıxarışı olmayan mənzillərin satışı qadağan edilə bilər - VİDEO

124286

Azərbaycanda çıxarışı olmayan mənzillərin satışının qanunla qadağan edilməsi təklif olunur. Bu barədə məsələ ombudsmanın illik məruzəsində əksini tapıb.

Bizim.Media xəbər verir ki, xüsusilə Bakı və Abşeronda bir sıra çox mənzilli binalaradakı evlər çıxarış olmadan müqavilə əsasında satılır.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, hüquqi cəhətdən çıxarışlı mənzil almaq ən etibarli vasitə sayılsa da, bu, hər kəs üçün əlçatan deyil. Vətəndaş da nəticədə tikilməkdə olan binalara üz tutur. Belə mənzillər ucuz başa gəlsə də, risklidir.
Onun sözlərinə görə, eyni binada çıxarışı olan mənzillə sənədsiz ev arasında hər kvadrata görə 150-200 manat fərq var.

Mövzu ilə bağlı Xəzər televiziyasının hazırladığı videomaterialı təqdim edirik:

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin