"Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir" - Fazil Mustafa 

Hazırda oxunan: "Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir" - Fazil Mustafa 

124206

“Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib. 

Fazil Mustafa deyib ki, unitar dövlətdə bir Ombudsman təsisatı olmalıdır:

“Ancaq Naxçıvanda ayrı Ombudsman institutu var. Eyni zamanda Qarabağda biri özünü qondarma Ombudsman elan edib. İndiki mərhələdə Naxçıvanda Ombudsman institutu ləğv edilməlidir, bu, unitar dövlət prinsipinə də ziddir. Naxçıvanda hüququ pozulanlar Ombudsman Səbinə Əliyevaya müraciət edə bilmir”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin