Xəbər verdiyimiz kimi, aparıcı İlkin Həsəni və həyat yoldaşı Aysel Həsəninin münasibətlərində problem yarandığı və ayrılıq yaşandığı iddia olub.
Bizim.Media xəbər verir ki, televiziya ulduzunun bloqer xanımı sözügedən məsələyə sosial şəbəkə hesabında aydınlıq gətirib.
Aysel ayrılıq iddialarını yalanlayıb: “Sevgi haqqında yazdığım fikirləri hara aparıb çıxarırsınız? Məsləhət üçün yazmışdım. Yazılan fikirlər doğru deyil. Belə bir şey olarsa, ilk bizdən eşidərsiniz, əmin olun”.
Aysel İlkinlə birgə şəkillərini sosial şəbəkədən silib, və bir-birilərini izləmədən çıxarmasına bu cür reaksiya verib:
“Maraqlıdır, siz inciyəndə heçmi “follow”dan silmirsiniz? Heçmi şəkilləri arxivləmirsiniz? Göz önündə olduğumuz üçün bu qədər üstümüzə gəlməsəniz, biz də küsüb-barışa bilsəkmi, görəsən?”.
Qeyd edək ki, İlkin və Aysel cütlüyü 2017-ci ildə ailə qurub. Aşiqlərin Alisa adlı bir qız övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
19:24 / 06.03.2023
Xanımı İlkin Həsəni ilə ayrılıq iddialarına CAVAB VERDİ - FOTO
Hazırda oxunan: Xanımı İlkin Həsəni ilə ayrılıq iddialarına CAVAB VERDİ - FOTO
Hazırda oxunan: Xanımı İlkin Həsəni ilə ayrılıq iddialarına CAVAB VERDİ - FOTO
124100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.