Ceyhun Bayramov BMT rəsmisi ilə Ermənistanla münaqişə sonrası mövcud vəziyyəti MÜZAKİRƏ EDİB - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov BMT rəsmisi ilə Ermənistanla münaqişə sonrası mövcud vəziyyəti MÜZAKİRƏ EDİB - FOTO 

124096

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransı (LDC5) çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlıq İdarəsinin direktoru Dima Əl-Xatib ilə görüşüb.  

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib. 

Bildirilib ki, görüşdə ən az inkişaf etmiş ölkələrin müxtəlif sahələrdə inkişafında texnoloji, sosial müdafiə, səhiyyə, təhsil və digər sahələrdə yardımların rolu, həmçinin bu istiqamətdə yardımların göstərilməsində əməkdaşlıq imkanları müzakirə edilib. 

C.Bayramov Azərbaycanın ən az inkişaf etmiş ölkələrə həyata keçirdiyi yardımlar barədə ətraflı məlumat verib. Ölkəmizin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrinə tələbə təqaüd proqramlarının mövcudluğu diqqətə çatdırılıb. 
Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, Ermənistanla münasibətlərin normallaşdırılması, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, davam edən mina təhdidlərindən bəhs edib. Nazir eyni zamanda Ermənistanın təxribatları və sülh prosesinə maneələri barədə qarşı tərəfi məlumatlandırıb. 

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin