Sabiq xarici işlər nazirlərimiz indi haradadır? – ARAŞDIRMA 

Hazırda oxunan: Sabiq xarici işlər nazirlərimiz indi haradadır? – ARAŞDIRMA 

124068

Ölkəmizdə rəhbərliyi ən çox rotasiya edilən icra orqanlarından biri də Xarici İşlər Nazirliyidir. Azərbaycan diplomatiyasından məsul olan nazirliyə bu günə də 7 fərqli nazir rəhbərlik edib.

Hal-hazırda bu vəzifəni Ceyhun Bayramov icra edir. O, 2020-ci il iyulun 16-dan bəri xarici işlər naziridir.

Ceyhun Bayramovdan öncə isə 6 xarici işlər nazirimiz olub.

Bizim.Media sabiq xarici işlər nazirlərinin harada olduqlarını araşdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yüksək vəzifələrə təyin olunmuş sabiq MÜXALİFƏTÇİLƏR – SİYAHI 


Hüseynağa Sadıqov

Müstəqil Azərbaycanın ilk xarici işlər naziri Hüseynağa Sadıqov olub. O, 1991-ci il fevralın 5-dən, 1992-ci il mayın 29-dək müvafiq vəzifəni icra edib. H.Sadıqov hələ SSRİ dönəmində Almaniya Demokratik Respublikasındakı Baş Konsulluğunda və Berlindəki səfirliyində diplomatik vəzifələrdə çalışıb. Xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra 1992-ci ildə Azərbaycan Respublikasının Almaniya, İsveçrə, Belçika, Niderland, Lüksemburq və Avstriyadakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunub və 2005-ci ilə qədər bu vəzifədə qalıb.

H.Sadıqov Almaniya Azərbaycan arasında dostluq və strateji əməkdaşlığın inkişafındaki xidmətlərinə görə 2006-cı ildə Almaniya Prezidenti tərəfindən Almaniyanın dövlət mükafatı- "Böyük Xidmət Xaçı" Ordeni ile təltif edilib. Hal-hazırda Azərbaycanda yaşamağa davam edən sabiq məmur, hər hansı dövlət vəzifəsi tutmur.

Tofiq Qasımov

Hüseynağa Sadıqovu xarici işlər naziri postunda Tofiq Qasımov əvəz edib. O, 4 iyul 1992-ci ildən, 26 iyun 1993-cü ilədək bu vəzifəni tutub. Müsavat partiyasının qurucularından olan T.Qasımov nazir vəzifəsindən getdikdən sonra bu partiyada siyasi fəaliyyətinə davam edib. 1996-cı ildə Türkiyəyə mühacirət edən ixtisasca fizik olan sabiq nazir bir sıra universitetlərdə çalışıb. Ömrünün sonrakı illərini Norveç və İsveçrədə keçirən alim, 2020-ci ilin 26 yanvarında vəfat edib.

Həsən Həsənov

2 sentyabr 1993 – 16 fevral 1998-ci illərdə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov olub. Daha əvvəl baş nazir postunu tutan H.Həsənov, xarici işlər naziri vəzifəsindən azad edildikdən sonra da diplomatik fəaliyyətlə məşğul olub. 2004-2010-cu illərdə Polşadakı, 2010-2021-ci illərdə isə Macarıstandakı səfirimiz olub. Hazırda 82 yaşı olan sabiq baş nazir hər hansı vəzifəni tutmur.

Tofiq Zülfüqarov

H.Həsənovu xarici işlər naziri vəzifəsində Tofiq Zülfüqarov əzəv edib. 1998-ci il aprelin 5-də xarici işlər naziri təyin edilib. 1998-ci ildə keçirilən prezident seçkilərindən sonra hökumətin yenilənən tərkibində də Zülfüqarov eyni vəzifəni icra etməyə davam edib. Lakin 1999-cu ilin oktyabrında T.Zülfüqarov xarici işlər naziri vəzifəsindən istefa verib. Hal-hazırda müstəqil siyasi ekspert kimi fəaliyyətinə davam edir.

Vilayət Quliyev 

1999-2004-cü illərdə Azərbaycanın xarici işlər nazirimiz məhz Vilayət Quliyev olub. V.Quliyev 2004-cü ildən etibarən fasilələrlə müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. O, 2004-2010-ci illərdə Polşa, 2010-2021-ci illərdə isə Macarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olub. 2022-ci ilin mayında isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb. Hal-hazırda da bu vəzifəni icra edir.

Elmar Məmmədyarov

2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olmuş Elmar Məmmədyarov Vilayət Quliyevdən sonra xarici işlər naziri təyin edilib. O, XİN rəhbərliyində ən uzun müddət qalmış nazirdir. 2020-ci ilin 16 iyulunadək xarici işlər naziri vəzifəsini məhz E.Məmmədyarov icra edib. Vəzifədən azad edildikdən sonra da Azərbaycanda yaşamağa davam edən Elmar Məmmədyarov hazırda hər hansı dövlət vəzifəsində çalışmır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin