Yanvarın 1-i vəziyyətinə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycan Respublikasının birbaşa xarici dövlət borcu 8 100,4 mln. ABŞ dolları və ya 2020-ci il üzrə ÜDM-in 19%-ni, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 mln. dollar və ya ÜDM-in 1,7%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 821,5 mln. dollar (14 996,5 mln. manat) və ya ÜDM-in 20,7%-ni təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan nə alır, nə satır? – ÖZƏL
Məlumata görə, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
Qeyd olunub ki, yanvarın 1-i tarixinə birbaşa daxili dövlət borcu 1 726,0 mln. manat və ya ÜDM-in 2,4%-ni, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil etməklə, daxili dövlət borcu 1 942,1 mln. manat və ya ÜDM-in 2,7%-ni təşkil edib.
Bizim.Media