“Ermənistan ordusu Qarabağdan çıxarılmasa, sülh olmayacaq” – Fərhad Məmmədov

Hazırda oxunan: “Ermənistan ordusu Qarabağdan çıxarılmasa, sülh olmayacaq” – Fərhad Məmmədov

124057

“Aİ və ABŞ-ın xüsusi nümayəndələri ilə Bakıda keçiriləcək bugünkü danışıqların əsas mövzusu sülh müqaviləsinin mətni və ya Bakı ilə Qarabağ erməniləri arasında dialoqun mətni deyil. Əlbəttə ki, həmin məsələlər də qeyd olunacaq, lakin əsas müzakirə mövzusu danışıqların aparılması şərtləri olacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

İşxan Verdyan: “Ermənistan təzminat yerinə Azərbaycana biznes strukturlar təklif edə bilər”


Onun sözlərinə görə, bu gün keçirilməsi nəzərdə tutulan görüşdə Aİ və ABŞ nümayəndələri erməni icması ilə təmaslar barəsində məlumatlandırılacaq:

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara, eləcə də Bakı ilə Qarabağ erməniləri arasında dialoqa əsas maneə Ermənistan silahlı qüvvələrinin qalıqlarının Qarabağda olması və ümumiyyətlə, bölgənin Ermənistan tərəfindən hərbiləşdirilməsidir. Ermənistan Silahlı Qüvvələrinin qalıqları Qarabağdan çıxarılmadan nə sülh müqaviləsi prosesi, nə də Bakı ilə Qarabağ erməniləri arasında dialoq nəticə verməyəcək. Buların hər ikisi həssas məqamlardır və bu iki ildə eskalasiyanın artan diplomatik fəallıqla necə növbələşdiyinə dair çoxlu nümunələr var.

Deməli, danışıqların aparılması və nəticənin əldə olunması üçün keçid məntəqəsinin yaradılması və sərhədə tam nəzarəti Azərbaycanın öz üzərinə götürməsi zərurətə çevrilir. Bunsuz Ermənistanla danışıqların, Qarabağ erməniləri ilə dialoqun mənası yoxdur”.

Fərhad Məmmədov qeyd edib ki, zəziyyətin "yerdə" (hərbi əməliyyatlar vasitəsilə) dəyişdirilməsi danışıqlarda sarsıntılara səbəb olur: 

“Bu, son baş verənlərin təcrübəsidir və təəssüf ki, yalnız itkilər Ermənistanın mövqeyində konstruktivliyin artmasına gətirib çıxarır. Vasitəçilər itkilərin olmasında maraqlıdırsa, onlar danışıqların effektivliyində də maraqlı olmalıdırlarmı?”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin