Bazar günü “Fox News” telekanalı xarici kəşfiyyat mənbələrinə istinadən xəbər verib ki, İran aylardır dayandırılan nüvə razılaşmasının canlandırılması üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə Rusiyada saxladığı uranı geri qaytarmaq üçün Kremllə gizli razılığa gəlib.
Bizim.Media xəbər verir ki, Moskva və Tehran arasında aparılan danışıqlardan xəbərdar olan həmin kəşfiyyat mənbələri bildiriblər ki, Vladimir Putin nüvə sazişinin bir hissəsi kimi İslam Respublikasından aldığı uranı, nüvə sazişinin bərpası üzrə danışıqlar uğursuz olarsa, İrana qaytarmağa razılaşıb.
“İki ölkə arasındakı razılaşmanın bir hissəsi olaraq, ABŞ hər hansı bir səbəbdən İranla nüvə sazişindən çıxacağı halda, Rusiya bütün zənginləşdirilmiş uranı mümkün qədər tez İrana qaytaracağına söz verib”, - deyə sözügedən mənbə qeyd edib.
Bizim.Media