Güləş üzrə Naxçıvan birinciliyində 76 idmançı mübarizə aparıb

Hazırda oxunan: Güləş üzrə Naxçıvan birinciliyində 76 idmançı mübarizə aparıb

123943

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə muxtar respublikamızda silsilə idman tədbirləri təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələrin (2006-2008-ci il təvəllüdlülər) sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib. Yarışda 10 çəki dərəcəsi üzrə 76 idmançı qüvvəsini sınayıb.

Nəticələrə əsasən Suat Məmmədov (45 kq), Eltun Nəcəfov (48 kq), Sadiq Kərimov (51 kq), Ayxan Bağırov (55 kq), Əmrə Ağayev (60 kq), Məhəmmədəli Rəsulov (65 kq), Eldar Abdullayev (71 kq), Elxan Əhmədov (80 kq), Süleyman Məmmədov (92 kq) və Cəfər Heydərov (110 kq) öz çəki dərəcələrində qalib olublar.
Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarışın sonunda ilk üç yerin qalibləri diplom və medallarla təltif ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin