Azərbaycanda daha 39 nəfər COVID-19-a YOLUXDU

Hazırda oxunan: Azərbaycanda daha 39 nəfər COVID-19-a YOLUXDU

123917

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 39 yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 383 nəfər müalicə olunaraq sağalıb, 10 min 129 nəfər vəfat edib. Aktiv xəstə sayı 209 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 912, bu günə qədər isə ümumilikdə 7 milyon 532 min 345 test icra olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin