Mourinyonun cəzası ilə bağlı YENİ QƏRAR 

Hazırda oxunan: Mourinyonun cəzası ilə bağlı YENİ QƏRAR 

123848

"Roma"nın baş məşqçisi Joze Mourinyo A seriyasının 25-ci turunda "Yuventus"a qarşı matçda texniki zonada ola biləcək.

Bizim.Media xəbər verir ki, o, 24-cü turda “Kremoneze” ilə oyundan (1:2) sonra hakimlərlə münaqişəyə görə 2 oyunluq cəzalandırmışdı.

"Sportmediaset" yazıb ki,  “Roma” baş məşqçinin diskvalifikasiyası ilə bağlı apellyasiya şikayəti verib və qeyd edib ki, onun görüş zamanı və qarşılaşmadan sonrakı davranışı dördüncü hakimin təxribatına reaksiyadır.

İtaliya Futbol Federasiyası portuqaliyalı mütəxəssisin cəzasını dayandırmaq qərarına gəlib.

Məşqçi ilə hakimlər arasındakı münaqişə ilə bağlı vəziyyəti daha yaxşı başa düşmək üçün federasiyaya bir qədər vaxt lazım olduğu vurğulanıb.
Qeyd edək ki, sabah keçiriləcək "Roma " - "Yuventus" oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin