“Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması təşəbbüslərinə töhfə olaraq 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyasını 35 faizədək azaltmaq hədəfini müəyyənləşdirib”.
Bizim.Media “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunda Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
MÖVZU İLƏ BAĞLI:
Baş nazirdən Naxçıvan dəhlizi ilə bağlı açıqlama
Onun sözlərinə görə, Paris Sazişinin reallaşdırılması davamlı inkişaf hədəflərinə çatmaq üçün vacibdir və bu saziş emissiyaların azaldılmasına imkan verən yol xəritəsi rolunu oynayır.
Bizim.Media